14 saylı Vəkil Bürosunun təmirdən çıxmış yeni ofisi istidadəyə verildi

Bugün Vəkillər Kollegiyasının rəhbərliyi aparılmış əsaslı təmirdən sonra Bakı şəhəri 14 saylı Vəkil Bürosunun açılış mərasimində iştirak etmişdir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavinləri Aydın Axundov və Pərviz Ələkbərovu büroda aparılmış yenidənqurma işləri ilə tanış edən büronun müdiri Telman Qasımov görülmüş işlər barədə məlumat vermiş, vəkillərin fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradıldığını, konfidensial görüş otaqlarının ayrıldığını, o cümlədən büronun müasir kompüter və digər avadanlıqlarla təchiz olunduğunu bildirmişdir.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov öz növbəsində büroda aparılmış təmir işlərini yüksək qiymətləndirmiş və vətəndaşlara yüksək keyfiyyətli və peşəkar hüquqi yardımın göstərilməsi üçün vəkillərin iş şəraitinin və fəaliyyət göstərdikləri yerlərin yüksək standartlara cavab verməsinin əhəmiyyətini, bu məsələnin Azərbaycan Respublikası Prezidentinin 22.02.2018-ci il tarixli Sərəncamında da öz əksini tapdığını bildirmiş, Respublika ərazisində fəaliyyət göstərən bütün vəkil qurumlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlər barəsində məlumat vermişdir.

Bundan başqa, görüş zamanı büroda fəaliyyət göstərən vəkillərin iştirakı ilə iclas keçirilmiş, Kollegiya rəhbərliyi vəkillərin peşə fəaliyyəti zamanı üzləşdikləri problemləri və təkliflərini dinləmiş, onlara Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən son dövrlərdə görülmüş tədbirlər, qarşıda duran işlər barədə məlumat verilmiş, vəkilləri maraqlandıran suallar cavablandırılmışdır.

Bakı şəhəri 14 saylı Vəkil Bürosunun aparılmış təmir işlərindən öncə çəkilmiş fotoşəkilləri:

Bakı şəhəri 14 saylı Vəkil Bürosu aparılmış təmir işlərindən sonra:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir