bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkom

Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a yola düşür

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfərə yola düşür.

Komitədən MediaZona-ya verilən məlumata görə, 13-19 noyabr tarixlərini əhatə edəcək səfər proqramının əsas məqsədi Azərbaycan həqiqətlərinin təbliği, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi haqqında informasiyaların daha geniş yayılması, ölkəmiz və xalqımızın dəyərlərinin qorunması və yaşadılmasıdır. Bu məqsədlə səfər çərçivəsində Los Anceles, Kaliforniya, Vaşinqton, Nyu York şəhərlərində soydaşlarımız, Azərbaycan və digər dost xalqların diaspor təşkilatları ilə, bir sıra dövlət nümayəndələri və nüfuzlu şəxslərlə görüşlər, eləcə də soydaşlarımızın təşkil etdiyi müxtəlif mədəni tədbirlərdə iştirak nəzərdə tutulur.

Nümayəndə heyəti Corc Vaşinqton Universitetinin Tekstil muzeyində Azərbaycan mədəniyyəti günündə, “Azərbaycan Multikulturalizmi” adlı konsert proqramında və s. tədbirlərdə iştirak edəcək.

O cümlədən, səfər proqramına Dövlət Departamentində, Lənkəran Monterrey Dostluq Assosiasiyasında, İsrail-Amerika Şurasında, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda çalışan Azərbaycanlılar Assosiasiyasında, Beynəlxalq Miqrasiya Təşkilatının Vaşinqton nümayəndəliyində və s. görüşlər daxildir.