“Yeni Azərbaycan Partiyası zəfərlərə doğru” başlığı altında tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə Bakı şəhərində yerləşən “N” saylı hərbi hissədə  Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi münasibəti ilə “Yeni Azərbaycan Partiyası zəfərlərə doğru”  başlığı  altında  tədbir  keçirilib.

Tədbiri giriş sözü ilə açan hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini polkovnik-leytenant Elçin Kərəmov qonaqları və şəxsi heyəti salamlayaraq qeyd etdi ki, bu il yaranmasının 100 illiyini qeyd etdiyimiz Milli Ordumuz dövlətimizin dayağı, onun ərazi bütövlüyünün təminatçısıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi  hərtərəfli düşünülmüş və əsaslandırılmış ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan Ordusu regionumuzda ən qüdrətli hərbi gücə çevrilmişdir və mənfur düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı ən qısa müddətdə azad etmək iqtidarındadır. Qısamüddətli və qalibiyyətli aprel döyüşləri xalqımızın vətənpərvərlik ruhunu bir daha nümayiş etdirməklə yanaşı Ordumuzun yüksək döyüş bacarığı və qüdrətini də əyani şəkildə sübut etdi.

Sonra YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Azərbaycan dövlətçiliyinin inkişafında partiyamızın xidmətlərindən danışıb. O qeyd edib ki, 1992-cil noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır.

Rəsmi hissə başa çatdıqdan sonra tədbir tanınmış müğənni Rüfət Axundov və digər incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam etdirildi. 7 yaşlı Nuray Rəhmanın vətənpərvərlik ruhunda səsləndirdiyi mahnılar hərbi hissənin əsgər və zabit heyəti tərəfindən böyük coşqu ilə qarşılandı. MediaZona.Az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir