Nümayəndə heyəti İsveç Azərbaycan Birliyinin tədbirində iştirak edib

 

İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti İsveç Azərbaycan Birliyinin təşkil etdiyi tədbirə qatılıb.  

Tədbiri giriş sözü ilə açan Dövlət Komitəsinin sədri İsveçə səfəri çərçivəsində keçirilən görüşlərdən və əldə edilən razılaşmalardan ətraflı məlumat verərək, səfər çərçivəsində təsis konfransına da qatıldıqlarını bildirib. Koordinasiya Şurasının yaradıldığını və koordinatorların seçildiyini qeyd edərək, bununla da diasporun yeni eraya qədəm qoyaraq Skandinaviya regionundakı fəaliyyətinin daha aktiv və məqsədyönülü şəkildə həyata keçiriləcəyinə əminliyini vurğulayıb.

SAF – İsveç-Azərbaycan Birliyinin rəhbəri Sevda Dadaşova təşkilat fəalları ilə görüşə gəldiyi üçün nümayəndə heyətinə minnətdarlığını bildirərək, rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, keçirdiyi tədbirlərdən və qarşısına qoyduğu məqsədlərdən söz açıb.

Diaspor fəaliyyəti ilə bağlı interaktiv müzakirələrlə keçən tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissədə uşaq musiqi-rəqs qrupu tərəfindən Azərbaycan milli rəqslərinin ifası böyük marağa səbəb olub.

Sonda Dövlət Komitəsi tərəfindən SAF təşkilatının uşaq musiqi-rəqs qrupuna hədiyyələr təqdim edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir