Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov: Dövlət himnimizə hörmət etmək hər bir azərbaycanlının müqəddəs borcudur

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən biri də Azərbaycanın dövlət himnidir. Dövlət himnimiz Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Bu himn hər bir Azərbaycan vətəndaşına – yeniyetmə, gənc və yaşlılara yüksək vətənpərvərlik duyğuları aşılayır. Himn insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradaraq  hər bir millətin imzasını, onun kimliyini isbat edən bir məfhumdur. Dövlət himnimiz milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır. Dostlarımızı sevindirən, düşmənimizi xar edən bu himn dövlətimizin varlığını onun əzəmətini və gücünü bütün dünyada təsdiqlədi.

Dövlət himni müstəqilliyin musiqi və sözlə ifadə edilən müqəddəs simvolu, rəmzi, atributu olaraq milli və dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə, beynəlxalq tədbirlərdə, təhsil müəssisələrində və mövcud qanunvericiliklə müəyyən edilən digər hallarda həmişə ayaqüstə, böyük coşqu ilə, milli qürurla oxunur və dinlənilir.      Himn həmişə milli bayraqla-dövlət bayrağı ilə bərabər tutulur. Məhz bu funksional yaxınlıq, dövlətçilik baxımından müqəddəslik və önəmliliyinə görə milli himn-dövlət himnini obrazlı şəkildə hər bir dövlətin, millətin ölkənin musiqi bayrağı adlandırırlar.

Himnimiz bir əsr əvvəl çətinliklə əldə etdiyimiz dövlət müstəqilliyimizlə bağlıdır. Bu gün həmin himndə hansısa dəyişikliklər etmək öz tariximizə qarşı hörmətsizlik etmək deməkdir. Dövlətin atributlarına hörmət etmək vətəndaşların borcu, dövlət məmurlarının isə birbaşa vəzifəsidir. Himn o zaman dəyişdirilə bilər ki, bu məsələ ümumxalq müzakirəsində olsun. Dövlət himnimizə hörmət etmək hər bir azərbaycanlının müqəddəs borcu hesab olunur. Hamı bu borcu şərəflə yerinə yetirməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir