“Dövlətçiliyi yeni mərhələyə yüksəldən lider” adlı dəyirmi masa

30 oktyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında 31 oktyabr – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasiminin 15 illiyi ilə əlaqədar “Dövlətçiliyi yeni mərhələyə yüksəldən lider”  adlı dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr müavini, “Neft Daşları” NQÇİ-nin  rəisi və  ərazi ilk partiya təşkilatının sədri Qoçalı Mahmudov  bildirib ki, ötən 15 il müddətində dövlət başçısı Azərbaycanda müstəqil dövlət quruculuğunu bütün sahələr üzrə sürətli inkişafa doğru apara bilib. Keçən müddətdə ölkə bir-birinin ardınca böyük uğurlar qazanıb. İlham Əliyev fəaliyyətinin ilk anlarından bu günə qədər dövrün tələblərinə tam cavab verən və milli dövlət suverenliyini qoruyan proqramları uğurla həyata keçirir. Onun daxili siyasətlə xarici siyasəti balanslaşdıra bilməsi digər dövlət başçıları üçün də bir nümunə kimi göstərilir.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin Azərbaycanda müstəqil dövlət quruculuğunu 2003-cü ildən başlayaraq faktiki olaraq yeni səviyyəyə yüksəldib. Çünki bu, strateji və konseptual bir məsələdir. İndi Azərbaycan Qərbdən tutmuş Şərqə qədər bütün dövlətlərlə əməkdaşlıq edir. Bu gün hansı layihədə  Azərbaycan varsa, orada da əməkdaşlıq və sülh var. Bu nailiyyətin 2003-cü ildən sonrakı memarı isə Prezident İlham Əliyevdir!

Sonra tədbirdə çıxış edən “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatının sədr müavini və “Neft Daşları” NQÇİ-nin Sosil – İnkişaf şöbəsinin rəisi Əhməd Musayev sosial sahədə uğurlu dövlət siyasətinin həyata keçirildiyini qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli, çevik və mükəmməl iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası getdikcə genişlənib və əhalinin rifah halı daha da yaxşılaşıb. Bu strategiya ötən dövr ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların güzəranının yaxşılaşmasına da müsbət təsir göstərmişdir. Bunun nəticəsidir ki, ölkə vətəndaşlarının bütün təbəqələri hər il əlavə sosial qayğılarla əhatə olunur, onların rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin miqyası genişləndirilir.

Daha sonra tədbir iştirakçıları 15 il ərzində keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdən, Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışıb, müstəqilliyimizin daimi və əbədi olacağına inamlarını ifadə ediblər.MediaZona.Az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir