“El bizim, sirr bizim” verilişində yumruqlar işə düşdü

“Space TV”də yayımlanan “El bizim, sirr bizim” verilişində gözlənilməz hadisə yaşanıb.

Verilişdə əsasən nigahdan əvvəl oğlan və qızın birgə yaşaması ilə məsələ müzakirə olunub.

Bu məsələyə normal münasibət bəslədiyini deyən jurnalist Cavid Əhmədoğlu, “Mən icazə verərəm, çünki hər kəsin öz yaşam hüququ var” – deyə bildirib.

Onun fikrinə qarşı çıxan Ramilə Sultan, “Baxıram ki, qızların məktəb vaxtından  bakirəsiz qalması sizə sərf edir. Hansı valideyn, qardaş icazə verər ki, qızları, bacıları hər ay və ya hər alt ydan bir kişi dəyişsin?” – deyə sərt şəkildə etirazını bildirib.

Cavid Əhmədoğlu isə “Biz Avropalaşmalıyıq və normal insanlar kimi düşünməliyik” – deyə söhbətə davam edib.

R.Sultan isə onunla razılaşmayıb: “Bura Avropa deyil, Azərbaycandır. Siz necə kişisiniz? Sizin sözləriniz anormal bir insanın fikirləridir. Artıq görürəm ki, belə hallar sizə sərf edər”.

Bu sözlərdən qəzəblənən Cavid Əhmədoğlu xanım jurnalistə yumruq vurmaq istəyib. Lakin digər iştirakçılar insidentin qarşısını alıblar.MediaZona.Az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir