Camal Qaşıqçı İstanbul konsulluğunda xəta nəticəsində ölüb?

Camal Qaşıqçının İstanbul konsulluğunda öldürüldüyünü dünən etiraf edən Səudiyyə Ərəbistanından bu gün fərqli açıqlama gəlib. “Reuters” xəbər agentliyinə danışan səudiyyəli məmur Qaşıqçı cinayətinin xəta olduğunu bildirib. Adının açıqlanmasını istəməyən səudiyyəli hadisənin bu cür baş verdiyini söyləyib:

“15 nəfərlik bir qrup Səudiyyədən gələrək Qaşıqçını geri dönməyə razı salmaq istəyiblər. Qaşıqçı isə Səudiyyəyə geri dönməyəcəyini, küçədə onu bir nəfərin gözlədiyini və bir saat ərzində içəridən çıxmazsa, türk səlahiyyətlilərə xəbər veriləcəyini bildirib. Daha sonra o, “Məni qaçıracaqsınızmı?” deyə soruşub. Ona “Bəli, dərman verib səni qaçıracağıq” deyə cavab verilib. Bunu eşidən Qaşıqçı qışqırmağa başlayıb. Bunu görə qrup təşvişə düşüb və onu susdurmaq üçün boğazını sıxıb ağzını örtüblər. Qaşıqçı da bu an ölüb. Daha sonra onun meyitini bir xalıya büküb çölə çıxarıblar. Olayın üzə çıxmaması üçün içəridən bir nəfər Qaşıqçının paltarını geyib konsulluğu tərk edib.”

Səudiyyəli məmur eyni zamanda cəsədin təhvil verildiyi adamın İstanbulda yaşadığını, ancaq hansı millətdən olduğunun açıqlanmadığını bildirib. Onun sözlərinə görə, 15 nəfərlik səudiyyəli qrup və 3 yerli şübhəli nəzarətə alınıb və istintaq gedir.MediaZona.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir