bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkom

Hikmət Şikarov: “Star” neft emalı zavodu gələcəkdə regionun tərəqqisinə öz töhfəsini verəcək

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov: İzmirdə “Star” neft emalı zavodunun açılışı regionun tərəqqisinə öz töhfəsini verəcək

Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Hər iki ölkənin dövlət və hökumət başçılarının, eləcə də siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət və digər sahələr üzrə aidiyyəti qurumlarının rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb və bütün sahələrdə əlaqələr uğurla inkişaf edərək ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasına səbəb olub.

Türkiyə-Azərbaycan münasibətləri olduqca çoxşaxəlidir və müxtəlif istiqamətlər üzrə kifayət qədər dərinliyə sahibdir. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunda Türkiyə ilə münasibətlərin inkişafına yönəlmiş ardıcıl və məqsədyönlü xəttin dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilməsi sayəsində ölkələrimizin strateji tərəfdaşlığının daha da dərinləşməsinə nail olunub. Ümumiyyətlə, iki ölkə arasındakı münasibətlərin ən vacib istiqamətlərindən biri də heç şübhəsiz ki, iqtisadi əlaqələrdir.

Oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın  iştirakı ilə “Star” neft emalı zavodunun açılışı gələcəkdə regionun tərəqqisinə öz təhfəsini verəcəkdir.  Azərbaycan şirkəti olan SOCAR-ın 6.3 milyard dollarlıq sərmayə qoyuluşu ilə reallaşdırdığı “STAR” Neft Emalı Zavodu artıq bütün dünyaya Azərbaycanı nəhəng layihələrin əsas investoru kimi təqdim etdi. Bizim üçün bu layihənin əhəmiyyəti ondadır ki, Türkiyə kimi iqtisadi imkanları geniş olan bir ölkəyə investiya yatırmaqla hər iki ölkənin iqtisadiyyatının iunkişafına yeni töhfə vermiş oluruq. MediaZona.Az