“Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir” adlı dəyirmi masa keçirilib

15 oktyabr 2018-ci il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatında 18 oktyabr – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz daimidir, əbədidir və dönməzdir” adlı dəyirmi masa keçirilmişdir.

Tədbiri giriş nitqi ilə açıq elan edən “Neft Daşları NQÇİ” ərazi ilk partiya təşkilatının sədr müavini Əhməd Musayev bildirdi ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək və demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı əldə etdi. 1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atan Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzünə uğrayaraq, soyqırım və etnik təmizləmə siyasəti ilə üz-üzə qalmışdı. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və dahi rəhbərin yürütdüyü müdrik siyasət nəticəsində ölkənin məhvolma təhlükəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi.

Sonra tədbirdə Neft Daşları NQÇİ-nin baş mühəndisi Azər Rüstəmov və rəis müavini Rüstəm İsmayılov çıxış edərək, müstəqilliyimizin ilk illərində ölkəmizdə yaşanan gərginliyin zəngin dövlətçilik təcrübəsinə malik görkəmli siyasi xadim, ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlişinədək davam etdiyini bildirdilər. Vurğulandı ki, məhz ümummilli liderin müdrik rəhbərliyi ilə müstəqilliyimiz qorunub saxlanıldı, Azərbaycan inkişaf yoluna qədəm qoydu, suveren dövlət kimi beynəlxalq aləmdə özünə layiqli yer tutdu.

Daha sonra tədbir iştirakçıları müstəqilliyimizin müxtəlif dövrlərində həyata keçirilən tədbirlərdən, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışıb, müstəqilliyimizin daimi və əbədi olacağına inamlarını ifadə etdilər.MediaZona.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir