bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkomvenüsbethilbetjasminbetpiabetartemisbetmaltcasinoasyabahisbetorspinbettiltmarkajbetbetkombelugabahisrestbetbetpercasibomcasibomcasibomcasibom

İctimai Televiziya və Radio Yayımları Şirkətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələri müzakirə olunub

Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən İctimai Televiziya və Radio Yayımları Şirkətinə 2017-ci il və 2018-ci ilin birinci yarımilində ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrası vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, audit tədbiri İctimai Televiziya və Radio Yayımları Şirkəti üzrə ümumilikdə 17229,0 min manat vəsaiti əhatə edib.

Auditlə işçilərə artıq ezamiyyə xərcinin, elmi dərəcələrə görə artıq əlavə əməkhaqqının, istifadə olunmayan məzuniyyət günlərinə və işdə olmadığı günlərə görə əməkhaqqının ödənilməsi halları müəyyən edilib. Həmçinin işçilərə fəxri adlara görə verilmiş aylıq təqaüdlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməli olduğu halda, İctimai Yayımçının vəsaiti hesabına ödənilib.

Şirkət profilaktika işlərinin yerinə yetirilməsi ilə əlaqədar bağlanılmış müqavilə şərtlərinə əməl etməyərək müqavilədə nəzərdə tutulmayan müxtəlif adda mal-materialların alışına yol verib.

İctimai Yayım xidmətinin digər mənbələr hesabına, sponsor yardımı, fiziki və hüquqi şəxslərin ianələri, reklamdan əldə olunan gəlirlər, audiovizual proqramların satışından daxilolmalar, öz məhsulu olan serialların, tamaşaların, bədii, sənədli, cizgi və digər filmlərin satışından əldə edilən vəsaitlər, konsertlər və şouların təşkilindən daxilolmalar hesabına maliyyələşdirilməsi məqsədilə görülən tədbirlər yetərli olmayıb.

Maliyyə hesabatları “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın tələblərinə uyğun tərtib edilsə də, bəzi hallarda maliyyə-təsərrüfat fəaliyyətinin nəticələri maliyyə hesabatlarında düzgün əks etdirilməyib, şirkətin balansında olan müxtəlif avadanlıqlara quraşdırılmış ehtiyat hissələri, yerinə yetirilmiş tikinti işlərinin dəyəri aktivlərin ilkin dəyərində uçota alınmayaraq birbaşa xərcə silinib.

Hesablama Palatasının kollegiyası auditin nəticələrini müzakirə edərək qərar qəbul edib, müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırılması, nöqsanlara yol vermiş vəzifəli şəxslərə dair Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada zəruri tədbirlərin görülməsi və görülmüş bütün tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti İctimai Televiziya və Radio Yayımları Şirkətinə göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinə məlumat verilib.

Qeyd edək ki, məlumat “Hesablama Palatası haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən və “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 5.7-ci bəndinin icrası olaraq hazırlanıb.