bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkomvenüsbethilbetjasminbetpiabetartemisbetmaltcasinoasyabahisbetorspinbettiltmarkajbetbetkombelugabahisrestbetbetper

Vaqif Əsədov Bakıda Nobel prospektində tıxacın səbəbini açıqladı

Bakının Nobel prospektində bir neçə gündür müşahidə olunan tıxacın səbəbi Babək prospekti ərazisində aparılan yol təmir-tikinti işləri ilə bağlıdır.

Bu barədə  Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov qeyd edib ki, hazırda Babək prospektində 10-cu zavod dairəsindən 8-ci km qəsəbə istiqamətində yeni yol örtüyünün çəkilməsi davam etdirilir:

“Ona görə də “Babək körpüsü” kimi tanınan ərazidən başlayaraq üzü Keşlə istiqamətində olan hissə avtomobillərin hərəkəti üçün məhdudlaşdırılıb və istiqamət dəyişdirilib. Qeyd edilən əraziyə avtomobillərlə giriş-çıxış məhdudlaşdırıldığı üçün Babək prospekti ilə gələnlər və yaxud gedənlər təbii ki, Nobel prospektindən və yaxud digər alternativ yollardan istifadə etməyə məcbur olurlar. Bu da sıxlığın və yaxud tıxacların yaranmasına səbəb olur”.

O bildirib ki, yol polisi əməkdaşları hərəkəti quraşdırılmış kameralar vasitəsilə izləyir, ərazidə xidmət aparır:

“Həmin ərazidə yalnız maddi zərərlə nəticələnən hadisələr baş verib. Qısa zaman ərzində bu ərazidə təmir-tikinti işləri başa çatacaq, sürücülər də əvvəlki kimi orada rahat və fasiləsiz hərəkət edə biləcəklər. Qeyd edim ki, “Babək körpüsü” kimi tanınan ərazidən Keşlə istiqamətində olan hissə artıq yeni asfalt örtüyü ilə üzlənib, xətlər çəkilib. Çox güman ki, qısa müddətdə o ərazi istifadəyə veriləcək və tıxac problemi aradan qalxacaq”.