Gürcüstandan Ermənistana sarsıdıcı zərbə

Gürcüstan hökumətinin oktyabrın 1-dən Rusiyadan taxıl idxalına qoyacağı qadağa Ermənistan üçün ağır nəticələri ola bilər.

Bunu Ermənistan KİV-ə açıqlamasında logistika eksperti Tiqran Xaçatryan deyib.

Onun sözlərinə görə, Gürcüstan taxıl idxalı baxımından Ermənistan üçün yeganə tranzit ölkədir:

“Ermənistan Rusiyadan taxılı ancaq Gürcüstan üzərindən alır. Buna görə də, gürcü hökumətinin qərarı Ermənistanda taxıl məhsullarının, o cümlədən buğda və çovdar ununun qiymətlərini bahalaşdıracaq.

Çünki Ermənistana gələn bütün nəqliyyat sistemi Gürcüstanın əlindədir. Bu isə o deməkdir ki, Gürcüstan Ermənistan taxıl bazarını inhisara ala və Ermənistan üçün taxıl məhsullarının yeni təchizatçısı ola bilər. Bu isə o deməkdir ki, Gürcüstan özünün və erməni bazarları üçün qiymətləri diktə edə biləcək. Yəni, Ermənistanın Gürcüstan olan çörək asılılığı artacaq”.

Xaçatryan qeyd edib ki, Gürcüstanın bölgədə Ermənistanı tamamilə dalana dirəmək üçün böyük potensialı var: “Bu vəziyyət bir tərəfdən də Tiflisə inanılmaz iqtisadi fayda təmin edir, digər tərəfdən, Türkiyə və Azərbaycanla olan soyuq münasibəti Ermənistanın asılılığını tamamilə artıracaq”.

Qeyd edək ki, rəsmi Tiflis oktyabrın 1-dən Rusiyadan Gürcüstan üzərindən Ermənistana taxıl idxalına qadağa qoyacağını açıqlayıb.MediaZona.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir