Tolik Elçibəy haqda danışdı – AÇIQLAMA

Prodüser Tarix Əliyev (Tolik) son günlər sosial şəbəkələrdə əleyhinə aparılan kampaniya ilə bağlı danışıb.

O, deyib ki, xaricdə yaşayan bir qrup ona qarşı virtual hücuma keçib: “Mənim dövlət və dövlətçiliklə bağlı məsələlərdə ortaya mövqe qoymağım bu adamlara sərf etmir. Onlar artıq bir neçə aydır ki, mənə qarşı qara pr kampaniyası aparır, haqqımda ağızlarına gələn şeyləri yazıb, öz səhifələrində paylaşırlar. Buna səbəb də mənim onları ifşa etməyimdir, onların yalanlarına susmamağımdır”.

Tolik Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyi təhqir etməsi ilə bağlı da danışıb: Mənim hər kəsə hörmətim var. İstər Əbülfəz Elçibəy, istərsə də Məhəmməd Əmin Rəsulzadəni hər zaman sayğıyla anmışam. Hər ikisinin anım günündə səhifəmdə paylaşım da etmişəm. Ancaq hər kəs bilir ki, mənim liderim Ulu Öndər Heydər Əliyev və Prezidentimiz İlham Əliyevdir. Məni heç kim bu fikirdən döndərə bilməz. Bu adamlar istəyir ki, mən onlar kimi düşünüm, ancaq bu mümkün deyil. Məm dövlətimə, vətənimə və xalqıma bağlı insanam”.

Tolik bundan sonra da Avropada yaşayan və Azərbaycam əleyhinə kampaniya aparan şəxslərlə mübarizə aparacağını deyib.MediaZona.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir