Binəli Yıldırım: “Biz dost və qardaş ölkələrik”
“Azərbaycan və Türkiyə regional və beynəlxalq arenada birgə fəaliyyət göstərən iki dost və qardaş ölkələrdir”.
Bunu Türkiyə Respublikasının Böyük Millət Məclisinin sədri Binəli Yıldırım Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
Binəli Yıldırım qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. “Biz regional məsələlərin həllində və beynəlxalq aləmdə birgə fəaliyyət göstərən iki dost və qardaş ölkələrik. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafına təkan verəcək. Azərbaycan kimi gözəl ölkəyə gəlişimdən məmnunluq hissi keçirir, bütün Azərbaycan xalqını ürəkdən salamlayıram”, – deyə Türkiyə Böyük Millət Məclisinin sədri bildirib.
Bu, onun parlament rəhbəri kimi Azərbaycana ilk səfəridir.MediaZona.Az