Ərəblərin zorladığı deputat özünü öldürdü

53 yaşlı siyasətçi intihardan əvvəl video-müraciətində təcavüzün arxasında keçmiş partiya həmkarının dayandığını iddia edib…

Hollandiyada ultra-sağçı Azadlıq partiyasından olan deputat Villi Dille inthar edib.

Bu haqda “AD” portalı informasiya yayıb. Qalmaqallı siyasətçi Girt Vildersin başçılıq etdiyi partiyanın üzvü olan 53 yaşlı xanım “Facebook” səhifəsində bir qrup ərəb tərəfindən zorlandığını etiraf etdikdən bir sutka sonra intihar edib.

“Mən sadəcə, dünyanın gerçəyi bilməsini istəyirəm. 15 mart 2017-ci ildə mən bir qrup müsəlman tərəfindən qaçırılaraq təcavüzə məruz qalmış və döyülmüşəm. Buna səbəb onlarım məni Haaqa Şəhər Şurasında səssiz qalmağımı istəmələri olub. Həmin gün parlament seçkiləri keçirilirdi “, – deyə Villie Dille video-yazıda bildirib.

Siyasətçi ərəblərlə yanaşı, ona edilən təcavüzün arxasında keçmiş partiya həmkarı Arnud van Doornun da durduğunu iddia edərək deyib: “O, mənə çox nifrət edir. Bu, qorxunc və pis adamdır…”

Hazırda məzuniyyətdə olan A.Doorn özü isə deyilənlərin hamısının mənasız ittiham və böhtan olduğunu söyləyib.MediaZona.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir