bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortvevobahisataşehir escortNine casinoDrift casinoataşehir escortMebbishttps://bs-sport.com/onwinjojobetmatbetholiganbetbetkomtrendyol indirim kodubim aktüelkayseri evden eve nakliyatdeneme bonusu veren sitelertipobetCasibombets10kredi hesaplamaa101 aktüelvevobahistipobetparbahisbetnisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.net

Mansur Camal: “Atam Orxan Camal kimi böyük adam olacam”

Bu gün Moskvadakı cümə məscidində Mərkəzi Afrika Respublikasında peşə fəaliyyətini yerinə yetirərkən həlak olmuş azərbaycanlı jurnalist Orxan Camalın dəfn mərasimində onun 13 yaşlı oğlu Mansur da çıxış edib.

Olaylar.az virtualaz.org-a istinadən bildirir ki, Orxan Camalın oğlu deyib: “Əgər mənim atam kimi adamlar dünyada bir azca çox olsaydı o zaman dünya indikindən daha yaxşı olardı. Daha yaxşı! Mən and içirəm ki, atam kimi böyük adam olacam!”.

Yeniyetmənin, Camallar nəslinin davamçısının bu sözləri dəfn mərasimində iştirak edənlərin “Allahü Əkbər!” sədaları ilə qarşılanıb.

Dəfn mərasiminin təşkilatçılığını üzərinə götürən telejurnalist və aparıcı, Orxan Camalın dostu Maksim Şevçenko isə deyib: “O, zalımların, cəlladların və zorakıların siftətinə həqiqətləri çırpdı, gözlərinin içinə baxmaqdan qorxmadan. O, həbsxanalara, qazamatlara getdi. Ancaq ürəyndə həqiqət, düzgünlük atəşi yananlar belə edə bilər. O, Afrika torpağında, Liviyada, dünyanın başqa yerlərində  axan qanının sonuncu damlasına qədər kişi idi. Biz bu gün kişini, şairi, atanı və əsl qəhrəmanı son mənzilə yola salırıq”.

Azərbaycan səfirliyinin əməkdaşları məşhur jurnalist Orxan Camalla vida mərasimində iştirak edublər.

Azərbaycan səfirliyi adından diplomatlar həlak olmuş jurnalistin məzarı üzərinə güllər qoyublar.

Jurnalistlə vidalaşmaq üçün çox sayda həmkarı, qohumları və yaxınları gəlib.

Qeyd edək ki, hərbi jurnalist olan Orxan Camal 1966-cı il noyabrın 12-də Moskvada tanınmış azərbaycan ictimai xadimi Heydər Camalın ailəsində anadan olub. “Veçernaya Moskva”, “Nezavisimaya qazeta”, “Novaya qazeta” kimi bir sıra nəşrlərlə əməkdaşlıq edib. Şimali Qafqazda, Cənubi Osetiyada, Əfqanıstanda, İraqda, Livanda, Suriyada, Səudiyyə Ərəbistanında işləyib. Dini Jurnalistlər İttifaqının və Rusiyanın Müsəlman Jurnalistlər İttifaqının təsisçilərindən biri olub. Krımın Rusiyaya birləşdirilməsinə açıq şəkildə etiraz edib. MediaZona.Az