Azərbaycanlılar təhsil nazirinə qarşı kampaniyaya başladı

İranda yaşayan və fars olmayan millətlərin milli-mədəni fəalları İran təhsil nazirinə qarşı “Tvitter Fırtınası” adı altında kampaniyaya başlayıblar.

Əksəriyyətinin azərbaycanlı olduğu bildirilən kampaniyaya iştirakçıları İran Prezidenti Həsən Ruhaniyə xitabən nazirin işdən uzaqlaşdırılmasını tələb edəcəklər.

Kampaniya bu gün saat 20:00-da başlayacaq.

Qeyd edək ki, iyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq, məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırmışdı. Nazir qeyri-fars dillərin İran üçün təhlükəli olduğunu bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir