Diaspora Komitəsi bəzi yeniliklər təqdim edəcək
İyulun 5-i Diasporla İş üzrə Dövlət Komitəsinin yaranma günüdür.
Dövlət Komitəsinin mətbuat xidmətindən MediaZona.Az-a bildirilib ki, bu münasibətlə Komitənin kollektivi iyulun 5-də Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını zayarət edəcək. Həmçinin Dövlət Komitəsində toplantı keçiriləcək, bəzi yeniliklərin təqdimatı olacaq.
Tədbir media üçün açıqdır.